Türkiyə əleyhinə birlik – İran, İraq və Suriya…
Bizi izləyin

Dünya

Türkiyə əleyhinə birlik – İran, İraq və Suriya…

Türkiyənin Mosula əsgəri qüvvə göndərməsi Suriya tərəfindən İraqın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, Dəməşq Ankaranı Suriya və İraqda qeyri-konstruktiv rol oynamaqda ittiham edib.

Suriya Xarici İşlər Nazirliyinin açıqladığı bəyanatda Türkiyə ölkədə vətəndaş müharibəsində "terrorçu" qrupları dəstəkləməkdə ittiham edilib.

İranın xarici işlər nazirliyi də eyni məzmunlu bəyanat yayıb.

Türkiyənin Bağdadakı səfiri isə İraq Xarici İşlər Nazirliyinə dəvət edilərək nota təqdim edilib. İraq Türkiyə hərbi qüvvələrinin ölkəyə Bağdad mərkəzi hökumətinin xəbəri olmadan daxil olduğunu və qüvvələrin ölkədə mövcudluğunu "düşmən aktı" kimi qəbul etdiyini bildirib. Rəsmi Bağdad əsgərlərin çıxarılması üçün Türkiyəyə 48 saat möhlət verib.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu əsgərlərin yerləşdirilməsini hərbi qüvvələrin bir il əvvəl İslam Dövləti qrupu tərəfindən nəzarət edilən Mosul yaxınlığında hərbi baza yaradıldığı zaman planlaşdırılmış rotasiyası olduğunu deyib.

Davudoğlu hərbi qüvvələrin İraq rəsmiləri ilə razılaşdırılaraq yerləşdirildiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm