• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Osmanlının tarixi məscidi yandırıldı - VİDEO/FOTO

  • Dünya
  • 7 Dekabr 2015 16:22
  • 1 333 Baxış
Osmanlının  tarixi məscidi yandırıldı - VİDEO/FOTO

Türkiyə polisinin Diyarbəkirin Sur qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 18 PKK-çı məhv edilib.

Publika.az xəbər verir ki, bir həftədir küçəyə çıxmaq qadağasının olduğu qəsəbədə keçirilən əməliyyat nəticəsində bir polis şəhid olub, 8 polis yaralanıb. Son 7 gündə keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 18 terrorçu məhv edilib.

Bu gün qəsəbənin Fatihpaşa məhəlləsindəki Osmanlı dönəmindən qalma Fatihpaşa (Kurşunlu) məscidi səhər saatlarında terrorçular tərəfindən yandırılıb.


Bu məscid 1516-1521-ci illərdə Diyarbəkir valisi olmuş Bığlı Mehmet Paşa tərəfindən tikilib. Məscid tarixi əsər hesab olunub. Yanğın nəticəsində məscid ciddi zədələnib. Həmçinin açılan güllələr məscidin divarını, qapını və pəncərəsini zədələyib. Terrorçulara qarşı əməliyyat davam edir.

Asif


Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR