Türkiyə Mosulda təkləndi: İraq döyüş əmri verdi – VİDEO
Bizi izləyin

Dünya

Türkiyə Mosulda təkləndi: İraq döyüş əmri verdi – VİDEO

İraqın Mosuldakı hərbçilərini geri çəkməsi üçün Ankaraya verdiyi müddət bu gün başa çatır.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri Türkiyəyə verilən müddətin çərşənbə axşamı başa çatacağını xatırladıb.


Cəfəri Türkiyənin əsgərlərini geri çəkməyəcəyi halda məsələnin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında qaldırılacağını vurğulayıb. Ancaq Türkiyə Mosulda yerləşdirilən hərbçiləri və hərbi texnikanın geri çəkilməyəcəyini açıqlayıb. Türkiyənin baş naziri Əhməd Davudoğlu iraqlı həmkarı Haydar Əl-İbadiyə məktub göndərərək bildirib ki, İraq hökumətinin həssaslığı aradan qaldırılana qədər Mosula yeni əsgərlər göndərilməyəcək.

Amma baş verənlər münasibətlərin daha da gərginləşəcəyini göstərir. Haydar Əl-İbadi baş komandan olaraq İraq Hərbi Hava Qüvvələrinin komandirini ziyarət edib. Baş nazir Hərbi Hava Qüvvələrinə “hazır olun” təlimatı verib. “Ölkənin suverenliyini mühafizə etmək üçün hər an və hər şərtlərdə hazır olmalıyıq”, - Haydar Əl-İbadiyə deyib.


İraqın baş naziri hava güclərinin ölkəni hər cür sərhəd pozuntusu və təhdiddən qorumaq gücündə olduğunu bildirib.


ABŞ-ın mövqeyi isə Türkiyənin bu məsələdəki mövqeyini zəiflədə bilər. ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Jeff Devis Mosulda Türkiyə hərbçilərinin növdə dəyişikliyini dəstəkləmədiklərini açıqlayıb.

“İraq torpaqlarına İraq hökumətinin razılığı olmadan hər hansı hərbi qüvvənin yerləşdirilməsini dəstəkləmirik. Buna ABŞ-ın hərbi heyəti ilə yanaşı hər hansı qonşu ölkənin hərbçiləri də daxildir”, – Devis deyib.

ABŞ-ın Xarici İşlər Nazirliyi Türkiyə və İraqı mövzu ilə əlaqədar dialoqa çağırıb.


Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin isə bu həftə mövzu ilə əlaqədar Ankaraya gəlməsi gözlənilir.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm