İŞİD-in əlindəki silahlar hansı ölkənin istehsalıdır? - HESABAT
Bizi izləyin

Dünya

İŞİD-in əlindəki silahlar hansı ölkənin istehsalıdır? - HESABAT

Beynəlxalq Əfv Təşkilatı İŞİD terror təşkilatının əlindəki silahların istehsalçısı olan ölkələrin adlarını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın hesabatında İŞID-in istifadə etdiyi silahların 25 ölkədə istehsal olunduğu bildirilib.

Bu ölkələrin arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Rusiya, Çin, Fransa və İngiltərə), həmçinin Belçika və Almaniya var.

İŞİD-in bu silahları xüsusilə İraqda ələ keçirdiyi şəhərlərdəki silah anbarlarından götürdüyü təxmin edilir. Mosul, Tikrit, Ramadi və Fellucə bu şəhərlər arasındadır. Beynəlxalq Əfv Təşkilatının silah mütəxəssisi Patrik Vilken silahların 1980-88-ci illərdə baş verən İraq-İran müharibəsi, daha sonra Körfəz döyüşləri və ABŞ-ın İraq işğalından qaldığını bildirib. O, İraqın bu silahları qoruya bilmədiyi üçün İŞİD-in əlinə keçdiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm