12 ölkə, 40 gəmi - Müharibə hər an başlaya bilər
Bizi izləyin

Dünya

12 ölkə, 40 gəmi - Müharibə hər an başlaya bilər

Şərqi Aralıq dənizi Rusiyanın Suriya münaqişələrinə qoşulması ilə 12 ölkənin döyüş gəmilərinin əzələ nümayiş etdirdiyi bölgəyə çevrilib.

Publika.az “Milliyət” qəzetinə istinadən xəbər verir ki, aralarında Türkiyənin də olduğu 12 ölkənin Şərqi Aralıq dənizində ümumilikdə 40-a yaxın döyüş gəmisi var.

Rusiya hazırda 13 hərbi gəmisi ilə bölgədə ən böyük gücə malikdir. ABŞ-ın “USS Roosevelt” və “USS Donald Cook” gəmiləri də daxil olmaqla 9 gəmisi döyüş vəziyyətinə gətirilib. NATO-nun üzvü olan Fransa Şərqi Aralıq dənizinə “Şarl de Qoll” təyyarə gəmisi, 2 freqat və bir sualtı gəmi göndərib. Dənizdə həmçinin İtaliyanın 2 (1 freqat və 1 sualtı gəmi), İngiltərə, Kanada, İspaniya, Belçika, Portuqaliya, Yunanıstan və Hollandiya da döyüş gəmiləri ilə NATO cəbhəsində yer alıb.

Türkiyənin isə uzunmənzilli raket sistemlərinə malik 138 metr uzunluğundakı “TCG Gökçeada” freqatı, yüksək sürətli TCG hücum gəmisi və donanmanın ən müasir sualtı gəmisi olan “TCG Burakreis” mümkün qarşıdurmaya hazırdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm