Rusiyadan növbəti təxribat – Silahlar İstanbula tuşlandı – VİDEO/FOTO
Bizi izləyin

Dünya

Rusiyadan növbəti təxribat – Silahlar İstanbula tuşlandı – VİDEO/FOTO

Bosfor boğazından keçən Rusiya gəmisi növbəti təxribata əl atıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyadan qayıdan “Voloqda-50” yük gəmisinin göyərtəsindəki silahlı əsgərlər diqqət çəkib. Bu gün səhər saatlarında Bosfor boğazına daxil olan “Voloqda-50” gəmisinin göyərtəsindəki əsgərlərin əli tətikdə olub.

Xatırladaq ki, Rusiya gəmisi dekabrın 6-da Bosfor boğazına daxil olanda gəmidəki əsgər təxribat xarakterli hərəkətə yol verib. "Sezar Kunikov" hərbi gəmisinin göyərtəsindəki əsgərin "Strela-2" daşınan zenit raket kompleksini nümayişkarcasına çiynində tutması ölkələr arasında yeni qarşıdurma yaradıb.

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov hadisə ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm