ŞOK: Türkiyədə Putinə cinayət işi...
Bizi izləyin

Dünya

ŞOK: Türkiyədə Putinə cinayət işi...

"Ergenekon" qalmaqalında bir vaxtlar ittiham edilən Mahir Akkar hər kəsi təəccübləndirəcək addım atıb.

Axar.az xəbər verir ki, Akkar Ankara Baş Prokurorluğuna təqdim etdiyi ərizəsində Rusiya Prezidenti Vladimir Putin və Müdafiə nazirinin müavini Anotoli Antonov barəsində cinayət işinin açılmasını tələb edib.

Akkar belə bir addımı atmasına səbəb kimi Putin və Antonovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsini göstərib.

Akkarın ərizəsində qeyd edilib: "Prezidentimizi bəzi məsələlərə görə həddi aşmadan tənqid etməyimiz bizim ən təbii demokratik haqqımızdır, ancaq xarici bir ölkənin vətəndaşlarının, siyasi xadimlərinin və ya dövlət başçısının prezidentimizə böhtan atması və təhqir etməsini qəbul edə bilmərik. Onlara layiq olduqları cavabı vermək və cəzalandırılmalarını təmin etmək üçün əlimizdən gələni etməliyik".

Ərizədə Putin və Antonov barəsində cinayət işi açılması tələb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm