Ərdoğan: “Bu, məni öldürdü..!” – FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan: “Bu, məni öldürdü..!” – FOTOLAR/VİDEO

Sosial şəbəkələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla 11-13 yaşlı uşağın maraqlı dialoqunu əks etdirən videogörüntülər yayılıb.

Publika.az xəbər verir ki, yay aylarından birində lentə alınmış görüntülərdə ölkə başçısının onun pərəstişkarı olan uşaqla səmimi söhbəti əks olunur.

Türkiyə prezidenti onu bərk-bərk qucaqlayan uşağa xitabən “Bu, məni öldürdü, maşallah!” – deyir. Ərdoğana hədsiz sevgisini nümayiş etdirən uşaq isə ”Xəyallarımı gerçəkləşdirdin” – deyə prezidentə sarılır.

Onlar skamyada əyləşirlər və maraqlı dialoq bundan sonra başlayır. Söhbətin ən maraqlı hissəsi isə uşağın atasının CHP üzvü olması, özünün isə Ərdoğanın heyranı olmasını deməsidir. Türkiyə prezidenti kiçik pərəstişkarının bu sözlərini xüsusi maraqla qarşılayıb onu öpür.

Prezidentlə azyaşlının dialoquna daha sonra Ərdoğanın qızı da qoşulur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm