Rusiya Suriyada hər gün milyonlarla dollar itirir – ŞOK RƏQƏM (VİDEO)
Bizi izləyin

Dünya

Rusiya Suriyada hər gün milyonlarla dollar itirir – ŞOK RƏQƏM (VİDEO)

Sentyabrın 30-dan Suriyada hava əməliyyatlarına başlayan Rusiyanın xərclədiyi vəsaitin miqdarı bəlli olub.

Publika.az xəbər verir ki, “Bloomberg” agentliyinə danışan Rusiyanın hökumət səlahiyyətlisi 2016-cı ildə Suriyada təşkil ediləcək hərbi əməliyyatları üçün 1,2 milyard dollar ayrıldığını söyləyib.

Bu isə gündəlik 3,3 milyon dollar deməkdir. Amma daha əvvəl yerli mətbuatında çıxan xəbərlərə görə, Rusiyanın Suriyada gündəlik hərbi xərci 2,5 milyon dollar və ya illik 900 milyon dollar təşkil edirdi.

Londonda aparılan araşdırmaya görə, Rusiya noyabr ayının ortalarına qədər Suriyada orta hesabla hər gün 4 milyon dollar xərcləyib. Bildirilir ki, Su-24 təyyarəsinin vurulmasından sonra Rusiya hava əməliyyatlarını artırıb və gündəlik xərc 8 milyon dollara yüksəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm