• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

PKK liderindən ŞOK İDDİA: “Xəritə yenidən çəkilir, hədəfdə...”

  • Dünya
  • 14 Dekabr 2015 22:14
  • 3 830 Baxış
PKK liderindən ŞOK İDDİA: “Xəritə yenidən çəkilir, hədəfdə...”

“Türkiyəni, ümumilikdə bölgəni qarışdırmaq istəyənlər Ərdoğan, Bərzani və Öcalanı zərərsizləşdirmək istəyirlər”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri PKK-nın liderlərindən olan Osman Öcalan deyib.

İmralı adasında həbsxanada olan PKK lideri Abdullah Öcalanın qardaşı Yaxın Şərqin xəritəsinin yenidən çəkildiyini, Türkiyəni bu prosesdən uzaqlaşdırmaq istədiklərini bildirib. PKK-nın həyata keçirdiyi terror aktlarına toxunan Osman Öcalan bu döyüşü kürdlərin adından rədd etdiyini söyləyib.

“Türkiyəni, İraq Kürd muxtariyyətini, mümumilikdə bu bölgəni qarışdırmaq istəyənlər 3 lideri hədəfə götürüb onları zərərsizləşdirmək istəyirlər. Bunlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İraq Kürd Muxtariyyətinin regional rəhbərliyinin başçısı Məsud Bərzani və Abdullah Öcalandır. Həm regional, həm də qlobal güclər Türkiyəni Yaxın Şərqdəki proseslərdən kənarlaşdırmaq istəyirlər. Qarşıdurma həm kürdlər, həm də türklərə zərər verir. Mən döyüşə qarşıyam, sülhün tərəfdarıyam. Səbəb nə olursa-olsun hazırda döyüşün tərəfində deyilik. Hazırda bölgədə yaşananlar kürdlərə deyil, bölgədəki bəzi qruplara fayda verir”, - Osman Öcalan bildirib.

Türkiyədə genişmiqyaslı vətəndaş müharibəsinin planlaşdırıldığını deyən Osman Öcalan qeyd edib ki, Suriyadakı vəziyyətə görə bəzi dövlətlər Türkiyəni günahkar bilir və bunun üçün Türkiyəni də Suriyaya çevirməyə çalışırlar.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR