Dünya
Rusiya Türkiyəyə icazə verdi
Türkiyədən idxal edilən avtomobil detallarının Rusiya gömrük məntəqəsindən keçirilməsinə icazə verilib.
Bir müddət əvvəl siyasi səbəblərə görə, Sankt-Peterburqda istehsal olunan "Toyota" markasının detallarının Türkiyədən alınmasına qadağa qoyulmuşdu.
Bundan sonra istehsalda yaranan durğunluq şirkətə zərər
verdiyinə görə Türkiyədən detalların idxalına icazə verilib. Bu
haqda Sankt-Peterburq Sənaye Siyasətlər Komitəsinin rəhbəri Maksim
Meik açıqlama verib.
Onun sözlərinə görə, Sankt-Peterburqda fəaliyyət göstərən "Toyota"
firması üçün 11, "Bosch-Siemens" firması üçün isə 2 konteyner
gömrükdən keçib, digər konteynerlər isə gömrük yoxlama
mərkəzindədir..
Meik keçən həftə Türkiyədən idxal edilən detalların gömrük yoxlama mərkəzində gözlədildiyinə görə Sankt-Peterburqdakı avtomobil istehsalının dayana biləcəyini qeyd edib. (anspress)
-
Magazin122:48
“Yalı çapkını”na görə Ülviyyəyə QADAĞA QOYULDU
-
İdman22:36
Azərbaycanın güllə atıcısı dünya çempionu oldu
-
Avropa22:00
Durovun sevgilisi həmin vaxt hamilə imiş, amma... - FOTO
-
Banklar 21:00
Kredit kartları ilə bağlı YENİLİK: verilmə qaydaları sərtləşdirilə bilər - VİDEO
-
Art20:36
Türk ulduzun Bakıdakı monotamaşası anşlaqla qarşılandı - FOTO
-
Magazin120:00
Nicat dayısı Yaşar ilə eyni səhnədə... - VİDEO
-
Nida Xəbər 19:00
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE
-
Dünya17:15
İsraildə avtovağzalda terror aktı: 1 ölü, 11 yaralı