34 islam ölkəsi terrorizmə qarşı birləşdi
Bizi izləyin

Dünya

34 islam ölkəsi terrorizmə qarşı birləşdi

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda 34 ölkənin iştirakı ilə terrorizmlə mübarizə üzrə İslam ittifaqı yaradılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı hökumətindən bildirilib.

Yeni ittifaq güclərinin koordinasiyası Ər-Riyaddan həyata keçiriləcək.

İttifaqa Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komorski Adaları, Qətər, Kot-d'İvuar, Küveyt, Livan, Liviya, Mali, Maldiv Respublikası, Malayziya, Mərakeş, Misir, Mavritaniya, Niger, Yəmən və Nigeriya daxildir.

Qeyd edək ki, hazırda Suriyada terrorizmlə mübarizə adı ilə iki koalisiya fəaliyyət göstərir. Onlardan biri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyadır. Digər koalisiyaya isə Rusiya, Suriya, İran və Livanın “Hizbullah” təşkilatı daxildir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm