İran ABŞ-ın iri hərbi gəmisinin oxşarını yaradır
Bizi izləyin

Dünya

İran ABŞ-ın iri hərbi gəmisinin oxşarını yaradır

İran ABŞ hərbi aviadaşıyıcısının oxşarını yaradır.

İran ABŞ hərbi aviadaşıyıcısının oxşarını yaradır.

CNN telekanlının məlumatına göerə, Amerika kəşfiyyatı gəminin tikintisindən peyk görüntülərini əldə etməyə müvəffəq olub. Rəsmi Vaşinqton İranın belə bir gəmi istehsal edə biləcəyinə və onun işləyəcəyinə inanmır.

Fotoçəkilişə əsasən, İran üçün nümunə ABŞ-ın CVN 68 tipli "Nimits" aviadaşıyıcısı olub. "Nimits" ABŞ Hərbi-Dəniz Qüvvələrinin əsasını təşkil edir və dünyada ən iri hərbi gəmilərdən biri hesab edilir.

Amerikalı hərbçilər gəminin oxşarının Hollivud filminin dekorasiyası deyil, əsl gəmi olduğunu hesab edirlər. Gəminin tikintisində məqsəd məlum deyil, lakin ABŞ-ın 5-ci donanmasının mətbuat katibi Ceyson Salatanın sözlərinə görə, İran təxribat məqsədilə gəmini partlatmağı və bunu dövlət televiziyasında nümayiş etdirməyi planlaşdırır. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm