Tehran təşviş içində: ”Mehmetcik” Fars körfəzinə çıxır
Bizi izləyin

Dünya

Tehran təşviş içində: ”Mehmetcik” Fars körfəzinə çıxır

Türkiyə Qətərdə hərbi baza quracaq.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Qətərdəki səfiri Əhməd Demirok bildirib.

Hərbi bazanın qurulması barədə razılaşma 2014-cü ildə imzalanıb və 2015-ci ilin iyun ayında Türkiyə parlamentində təsdiqlənib. Baza Türkiyənin Yaxın Şərqdəki ilk hərbi bazası olacaq.

Qeyd edək ki, iki ölkənin xarici siyasətində mövqelər üst-üstə düşür. Türkiyə və Qətər Misirdə “Müsəlman Qardaşları” Təşkilatını dəstəkləyib, hazırda isə Suriya rejimini devirməyə çalışan müxalif qüvvələri dəstəkləyir. Hər iki ölkə İranın bölgədə artan nüfuzuna qarşıdır.

İki ölkə həmçinin, Rusiyanın Bəşər Əsədi dəstəkləmək üçün ölkəyə hərbi müdaxilə etməsinə sərt reaksiya verib.

Türkiyənin Qətərdəki səfiri bazada bir neçə min əsgərlə yanaşı, hava və dəniz qüvvələri, təlimatçılar və xüsusi təyinatlıların olacağını bildirib.

“Türkiyə və Qətər eyni problemlərlə qarşı-qarşıyadır. Bölgədəki proseslər və digər ölkələrin qeyri-müəyyən siyasətləri iki ölkədə də narahatlıq yaradır. Ortaq düşmənlərlə üz-üzəyik. Yaxın Şərq üçün kritik olan hazırkı dönəmdə iki ölkə arasındakı əməkdaşlıq həyati əhəmiyyət daşıyır”, - türkiyəli səfir deyib.

Fars körfəsində yerləşən Qətər regionda Türkiyənin əsas rəqiblərindən olan İranın dəniz qonşusudur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm