Rusiyanın əsl HƏDƏFİ: Qapalı toplantının detalları üzə çıxdı
Bizi izləyin

Dünya

Rusiyanın əsl HƏDƏFİ: Qapalı toplantının detalları üzə çıxdı

“Rusiya Suriyadakı hərbi əməliyyatlarını rejim əsgərləri Fərat çayına çatana kimi davam etdirəcək”.

Publika.az RBK agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu parlamentin qapalı iclasında bildirib.

Dövlət Dumasının müdafiə komitəsinin başçısı Vladimir Komoyedov deyib ki, Rusiyanın Suriyadakı əməliyyatları zaman faktorundan, proseslərin gedişinidən aılıdır:Biz orada rejim qüvvələri Fərat çayına çatana kimi qalacağıq. Suriya ordusu Suriya-İraq sərhədinə çatmalıdır. Biz yalnız Suriyanın öz sərhədləri daxilində ərazi bütövlüyünü təmin etməsinə yardım etməkdə davam edəcəyik”, - Rusiyanın müdafiə naziri deyib.

Hazırda rejim gücləri Hələbin şərqindədir. Fərat çayı isə buradan təxminən 90 kilometr uzaqlıqda yerləşən və İŞİD-in əlindəki Cerablus şəhərinin yaxınlığından keçir. 90 kilometrlik ərazidə İŞİD və müxalifət gücləri yerləşir.

Türkiyə isə Fəratın qərbini “Qırmızı xətt” elan edib. Ankara Suriyanın Mare-Cerablus bölgəsinə Azad Suriya Ordusundan başqa qrupun daxil olmasına icazə verilməyəcəyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm