Amerika geri çəkilir: qırıcılarını Türkiyədən çıxardı
Bizi izləyin

Dünya

Amerika geri çəkilir: qırıcılarını Türkiyədən çıxardı

ABŞ Türkiyənin İncirlik təyyarə bazasından 12 ədəd F-15 qırıcısını çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə “Military.com” portalı bildirib.

Qırıcılar Böyük Britaniyadakı Leykenxit təyyarə bazasına göndərilib.

Portalın yazdığına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) qırıcıların yerdəyişməsinin Moskva və Ankara arasındakı gərgin münasibətlərlə əlaqələndirilməsinə qarşı çıxıb. “İncirlik təyyarə bazasında F-15 qırıcılarının sayının artırılması müddətsiz xarakter daşımırdı”, - hərbi müəssisədən bildirilib.

Amma Pentaqondan təsdiq ediblər ki, qırıcılar Rusiya Baş qərargah rəisi Valeri Qerasimovun ABŞ ordusunun qərargah rəislərinin birləşmiş komitəsinin başçısı Cozef Danfordla telefon söhbətindən sonra Leykenxitə uçub. Sözügedən telefon söhbəti dekabrın 15-də olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm