Rusiya bunu da etdi: FTX Türkiyə banklarında - VİDEO
Bizi izləyin

Dünya

Rusiya bunu da etdi: FTX Türkiyə banklarında - VİDEO

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları "Moskva Siti" işgüzar mərkəzindəki Türkiyənin "Qarant bankı"nın ofisində çirkli pulların yuyulması ilə bağlı bir neçə cinayət işi üzrə axtarış aparır.

Publika.az “LifeNews”a istinadən xəbər verir ki, Türkiyə vətəndaşları olan Endim Levent və Ergyuş Alber bir neçə dəfə paytaxt bankından xaricə pul köçürüblər.

Fakt üzrə “Qanunsuz bank fəaliyyəti” və “cinayətkar qrupun təşkili” maddələri ilə cinayət işi qaldırılıb.

Əməliyyatlar zamanı köçürülən pulun 5 milyard rubl (təxminən 77 milyon dollar) olduğu bildirilir.

“Şübhəlilərə qarşı həbs qətimkan tədbiri seçilib. Ümumilikdə 30 şübhəli ofis, mənzil və kotejdə axtarış aparılıb", - Daxili İşlər Nazirliyi Moskva şəhər Baş İdarəsinin mətbuat xidmətinin rəisi Andrey Qaliakberov bildirib.

Axtarışlar aparılan digər türk bankları “İş Banka”nın “İşBank”, “Fiba Holding”in “Credit Europe” və “Yapı Kredi”nin “Yapı Kredi Bank Moscov” adı ilə fəaliyyət göstərən şöbələridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm