“Hizbullah” lideri qətlə yetirildi
Bizi izləyin

Dünya

“Hizbullah” lideri qətlə yetirildi

Livanın "Hizbullah" hərəkatının tanınmış liderlərindən birisi hesab olunan Samir Kuntar bu gün səhər Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığında İsrail Hərbi Hava Qüvvələrinin raket zərbəsi nəticəsində qətlə yetirilib.

Publika.az xəbər verir ki, Kuntarın ölümü xəbərini onun qardaşı "Facebook" vasitəsi ilə yayıb.

Fələstin Azadlıq Hərəkatına aktiv dəstəyi ilə tanınan Samir Kuntar 1979-cu ildə İsraildə terror aktı törətdikdən sonra uzun illər həbsxanada olmuşdu və ancaq 2008-ci ildə azadlığa buraxılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm