Dünya
Azərbaycanlı oliqarx Putinə müraciət etdi
Rusiyada yaşayan azərbaycanlı oliqarx, “Milyarderlər İttifaqı”nın üzvü, prezidentin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov Azərbaycan xalqını təhqir etmiş Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ilə bağlı ölkə başçısı Vladimir Putinə müraciət edib.
Martın 19-da Kremldə qəbul edilən məktubunda S.Sadıqov Jirinovskinin Azərbaycan xalqının qədim tarixini bilmədiyini vurğulayaraq, onu hətta Rusiya tarixini bilməmək və öyrənmək istəməməkdə ittiham edib:
“Hörmətli Vladimir Putin, Jirinovskinin Dövlət Dumasının divarları arasında dediyi sözlərlə bağlı ölkənin prezidenti və Konstitusiyanın qarantı kimi Sizə müraciət edirəm. Siyasi xadim, seçicilərin müəyyən hissəsini təmsil edən Vladimir Jirinovski başqa millətlərin ünvanına təhqirlər səsləndirməyi özünə rəva bilir. Mən belə hesab edirəm ki, RLDP-nin lideri bu və ya digər xalqın ünvanına təhqiramiz ifadələr işlədərkən nəticələr barədə düşünməyərək millətlərarası nifaq yaradır. Bununla yanaşı, niyə indiyə qədər Jirinovskinin həmkarları olan deputatlardan heç bir reaksiya yoxdur? Prokurorluq orqanları, DİN millətlərarası nifaq yaratmağa yönələn bu çıxışları sanki görmür. Rusiyaya daxildə millətlərarası nifaq lazım deyil, bizə xaricdə müttəfiqlər lazımdir. İmkan verə bilmərik ki, 55 milyon azərbaycanlı Jirnovskinin korrektə edilməmiş belə fikirlərinə görə Rusiyaya düşmənçilik hiss etsin. Mən sizin sələhiyyətli nümayəndəniz, Milli Münasibətlər Şurasının üzvü kimi Prokurorluğa, İstintaq Komissiyasına, DİN-ə Vladimir Jirinovskinin fikirləri ilə bağlı araşdırma aparmaq barədə tapşırıq vermənizi xahiş edirəm”./modern.az
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi