“Hizbullah”: İsrail bunun əvəzini ödəyəcək
Bizi izləyin

Dünya

“Hizbullah”: İsrail bunun əvəzini ödəyəcək

Livanın “Hizbullah” təşkilatı İsraili təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təşkilat tanınmış liderlərindən olan Samir Kuntarın ölümünə görə İsrailin cavab verəcəyini bəyan edib.

“İsraillilər Samir Kuntarı öldürərək bir hesabı bağladıqlarını düşünürlərsə çox yanılırlar, çünki bir çox hesabı açdıqlarını bilirlər, ya da öyrənəcəklər”, - “Hizbullah”ın yüksək vəzifəli səlahiyyətlilərindən olan Haşim Sefaaddin deyib.

Qeyd edək ki, “Hizbullah” təşkilatının tanınmış liderlərindən olan Samir Kuntar dekabrın 19-da Suriyanın paytaxtı Dəməşq yaxınlığında İsrail Hərbi Hava Qüvvələrinin hava zərbəsi nəticəsində həlak olub.

Dünən isə Livan və İsrail arasında gərginlik yaşanıb. Livanın cənub ərazisindən İsrailə ən azı üç raket atılıb. İsrail ordusu cavab olaraq Livanın cənub ərazilərinə artilleriya zərbələri endirib.

Qeyd edək ki, Fələstin Azadlıq Hərəkatına aktiv dəstəyi ilə tanınan Samir Kuntar 1979-cu ildə İsraildə terror aktı törətdikdən sonra uzun illər həbsxanada olub və ancaq 2008-ci ildə azadlığa buraxılıb. “Livan məhbuslarının ağsaqqalı” adlandırılan Samir Kuntarla birlikdə daha 4 “Hizbullah” döyüşçüsü Livana qaytarılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm