Saakaşvili Gürcüstan prokurorluğuna ifadə verməkdən imtina edib
Bizi izləyin

Dünya

Saakaşvili Gürcüstan prokurorluğuna ifadə verməkdən imtina edib

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkə prokurorluğuna ifadə verməkdən imtina edib.

Keçmiş prezident martın 27-dəbir neçə cinayət işi üzrə ifadə vermək üçün prokurorluğa çağrılıb. Saakaşvili imtinasını “mübarizəsini müstəqil insan kimi davam etdirmək” istəyi ilə izah edib.

Bundan öncə aparıcı “Gürcü arzusu” koalisiyasının rəhbərliyi Saakaşvili-nin bir neçə cinayət işi ilə bağlı məsuliyyətə cəlb ediləcəyini istisna etmirdilər.

Hazırda Mixail Saakaşvili ABŞ-da yaşayır. Hazırda Gürcüstanda keçmiş prezidentin adı vəzifə səlahiyyətlərini aşmaq və dövlət vəsaitlərini mənimsəməklə bağlı bir neçə cinayət işində hallanır.

Mixail Saakaşvilinin bundan öncə rəhbərlik etdiyi “Vahid milli hərəkat” partiyasından olan tərəfdarları ona ölkəyə heç bir halda geri qayıtmamağı tövsiyyə ediblər. Onlar hazırki hakimiyyəti Rusiya rəhbərliyinin göstərişi ilə Ukrayna hadisələrində fəallıq göstərdiyinə görə Saakaşvilidən qisas almaq niyyətində ittiham edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm