Avropa təşviş içində: “pasportları” var, özləri yox
Bizi izləyin

Dünya

Avropa təşviş içində: “pasportları” var, özləri yox

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici sərhədlərində əməliyyat əməkdaşlığının idarəolunması üzrə Avropa agentliyi (Frontex) və Qərb xüsusi xidmət orqanları Aİ ölkələrində saxta pasportların sayının artması barədə xəbərdarlıq edib.

Publika.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, xəbərdarlıqda İŞİD terrorçularının həmin pasportlarla Avropaya çatdığı bildirilir.

Nəşrin məlumatına görə, Almaniyada on ədəd saxta pasport tapılıb. Amma tapılmış pasportların sahibləri saxlanılmayıb və hakimiyyət onların olduğu yer haqqında informasiyaya malik deyil.

Xüsusi xidmət orqanlarının məlumatına görə, İŞİD-ın İraqın şimalında və Suriyanın bir sıra vilayətlərində əsl ştampların köməyi ilə pasportları hazırlamaq imkanı var. “Əlbəttə, İŞİD-in saxta pasportların nömrələrini dövlət reyestrinə daxil etmək imkanları yoxdur. Amma Avropada buna praktik olaraq fikir vermirlər. Çünki Qərb xüsusi xidmət orqanları Suriya ilə əməkdaşlıq etmir”, - “Bild” yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm