Putinə inanaraq Türkiyəyə müharibə elan etdi
Bizi izləyin

Dünya

Putinə inanaraq Türkiyəyə müharibə elan etdi

Rusiya prezidenti Vladimir Putinin iddialarını ciddi qəbul edən dünyanın məşhur haker qrupu olan “Anonymous” Türkiyəyə qarşı döyüşə başlayıb.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, “Anonymous” Türkiyədəki 400 minə yaxın “.tr” donemi olan internet saytına hücumlara görə məsuliyyəti üzərinə götürüb.

Dekabrın 14-də başlayan hücumlar dünənə qədər davam edib.

Türkiyəni İŞİD-lə neft ticarətində ittiham edən Rusiyanın iddialarına inanan “Anonymous”un dərc etdiyi videoda Türkiyənin İŞİD-dən neft aldığı və yaralı üzvlərini xəstəxanalarda müalicə etdiyi deyilir.

“İŞİD-ə dəstəyinizi dayandırmasanız internet saytlarınıza hücumları davam etdirəcəyik. Türkiyənin hava limanları, bank və dövlət qurumlarının saytları çökdürüləcək”, - “Anonymous”un təhdidində bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm