Bakıda çalışmış diplomat səfir olacaq
Bizi izləyin

Dünya

Bakıda çalışmış diplomat səfir olacaq

ABŞ prezidenti Barak Obama Azərbaycanda çalışmış diplomat Adam Sterlinqin Slovakiyaya səfir vəzifəsinə namizədliyini irəli sürüb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, yaxın vaxtlarda ABŞ Senatı A.Sterlinqin səfir vəzifəsinə təyin olunması üçün namizədliyini təsdiq etməlidir.

Slovakiya mediası yazır ki, A.Sterlinq təcrübəli diplomatdır: “O, indiyədək Azərbaycanda ABŞ səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Həmçinin ABŞ-ın Haaqa, İsrail, Belçika, Peru və digər ölkələrdəki səfirliklərində müxtəlif vəzifələri icra edib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm