Prezident özünü “Millətin lideri” elan etdi
Bizi izləyin

Dünya

Prezident özünü “Millətin lideri” elan etdi

Tacikistan prezidenti Emomali Rahmon özünü “Millətin lideri” elan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.

Qanun bir həftə əvvəl Tacikistan parlamentinin yuxarı palatası tərəfindən yekdilliklə bəyənilib. Qanun “Millətin lideri”nə bir sıra zəmanətlər verir. Rahmonun kiçik vətənində - Danqara vilayətində onun adına kitabxana və “Millətin Lideri” muzeyi yaradılacaq.

Qeyd edək ki, 63 yaşlı prezident 1992-ci il noyabr ayından hakimiyyətdədir. Onun səlahiyyətlərinin hazırkı müddəti 2020-ci ilin noyabrında başa çatır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm