Ərdoğan: “Qafqaz xəritəsi xətlərlə bölünüb”
Bizi izləyin

Dünya

Ərdoğan: “Qafqaz xəritəsi xətlərlə bölünüb”

“Yaxın Şərq 1916-cı ildə Sykes-Picot anlaşması ilə Qərb tərəfindən xətlərlə bölündüyü kimi, Şimali Qafqaz xəritəsi də Sovetlər Birliyi vaxtından xətlərlə bölündü”.


Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Cəlal Güzelin rəhbərliyi ilə hazırlanan “Yeni Türkiyə Qafqazlar Xüsusi Nömrəsi” nəşrinə yazdığı “Qafqaz: Canımızdan bir parça” başlıqlı ön sözündə bildirib.


Ərdoğan daha sonra ön sözündə yazıb: “Biz bütün Şimali Qafqaz xalqları ilə Cənubi Qafqazdakı Naxçıvan, Dağlıq Qarabağ, Acaristan, Abxaziya və Cənubi Osetiya xalqlarını əzəli və əbədi qardaşlarımız olaraq görürük. Qafqaz ölkələrinin əksəriyyətinə müxtəlif təşkilatlarımız vasitəsilə mədəni, sosial və iqtisadi yardımlar edirik”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm