“Bizə Rusiyanın köməyi lazım deyil”
Bizi izləyin

Dünya

“Bizə Rusiyanın köməyi lazım deyil”

“Biz danışıqlar aparırıq, amma İŞİD-ə qarşı mübarizə haqqında deyil. Ölkədən bütün xarici qoşunları qovmaq istəyirik. Biz bu haqda danışırıq”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin idarə rəisi Zamir Kabulov bəyanatını şərh edən Taliban nümayəndəsi deyib.

O, vurğulayıb ki, İŞİD-in məhv edilməsi üçün taliblərə kiminsə köməyi lazım deyil: “İŞİD bizə təhlükə yaradacaq qədər güclü deyil. İŞİD Nanqarhar vilayətində kiçik qruplaşma şəklindədir”.

Qeyd edək ki, Zamir Kabulov dekabrın 23-də verdiyi bəyanatında İŞİD-ə qarşı mübarizədə Rusiya ilə Əfqanıstandakı Taliban hərəkatının maraqlarının üst-üstə düşdüyünü bildirib. "Biz Əfqanıstana silah göndərməyə hazırıq, ancaq bunu ehtiyat və kommersiya maraqları əsasında edəcəyik. İŞİD-ə qarşı mübarizədə Rusiya ilə Taliban hərəkatının maraqları üst-üstə düşür. Əvvəllər də demişəm ki, bizim Talibanla informasiya mübadiləsi üçün xüsusi kanalımız var”, - Rusiya prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.

Zamir Kabulov qeyd edib ki, NATO-nun Əfqanıstandakı hərbçilərinin əfqan təhlükəsizlik qüvvələrinə keçdiyi hazırlığı Rusiyanın Müdafiə Nazirliyi səmərəli saymır.

Əlavə edək ki, Taliban Rusiya tərəfindən terror təşkilatı kimi tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm