İŞİD barədə film çəkən rejissor güllələndi
Bizi izləyin

Dünya

İŞİD barədə film çəkən rejissor güllələndi

Suriyalı rejissor Nadci Cerf Türkiyənin Qaziantep şəhərində güllələnib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə bazar günü Suriya ilə sərhəddə baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, rejissor küçəni keçərkən naməlum şəxslər avtomobildən ona atəş açıblar. Polis qətllə bağlı hər hansı açıqlama verməyib.

Nadci Cerf “İslam dövləti” sənədli filminin rejissoru kimi populyarlaşmışdı. Filmdə İŞİD üzvlərinin cinayətlərindən bəhs edilir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm