İsrail tarixində ilk – baş nazir azadlıqdan məhrum edildi
Bizi izləyin

Dünya

İsrail tarixində ilk – baş nazir azadlıqdan məhrum edildi

İsrailin həbsdə olan keçmiş baş naziri Ehud Olmertin apelyasiya şikayəti qismən təmin edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin Ali Məhkəməsi Qüdsün meri olarkən rüşvət aldığı üçün mühakimə edilən Olmert 1,5 il müddətinə azadlqıdan məhrum edilib.

İsrailin Ali Məhkəməsi Olmertin mer postunda olarkən 13 min dollar rüşvət aldığını sübut olunmuş hesab etsə də, 115 min dollar rüşvət alma iddiasını rədd edib. Keçmiş baş nazir cəzasını gələn il fevralın 15-dən çəkməyə başlayacaq.

İsrailin “Jerusalem Post” nəşri qeyd edir ki, Olmert İsrail tarixində azadlıqdan məhrum edilən ilk baş nazirdir.

Bundan başqa, 25 may 2015-ci ildə Olmertə Talanski işi üzrə hökm çıxarılmışdı. Məhkəməsi sabiq baş naziri şərti olaraq 8 ay azadlıqdan məhrum etmişdi. Hazırda Ali Məhkəmədə bu hökmdən verilmiş apellyasiya şikayətinə baxılır.

Qeyd edək ki, Ehud Olmert İsrailin baş naziri vəzifəsindən 2008-ci ilin sentyabrında istefa edib. Siyasətçinin istefa verməsinin səbəbi onun ətrafında yaranan korrupsiya qalmaqalı oldu. Həmin ilin mayında İsrail prokurorluğu Olmertin amerikan-yəhudi biznesmen Morris Moşe Talanski ilə əlaqələri barədə təhqiqat işinə başlayıb. Təhqiqatçılar Olmertin Qüdsün meri olduğu vaxtda sahibkardan yüz minlərlə dollar qanunsuz pul aldığınI bildiriblər. İsrail qanunlarına əsasən, siyasətçilər donorlardan yalnız məhdud miqdarda pul vəsaiti ala bilərlər.

Talanski təhqiqatçılara söyləyib ki, Olmert aldığı vəsaitləri heç də həmişə ictimai faydalı işlərə xərcləməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm