Rusiya onları terror təşkilatı kimi tanımayacaq
Bizi izləyin

Dünya

Rusiya onları terror təşkilatı kimi tanımayacaq

“Rusiya və ABŞ “İslam dövləti”, “Əl-Qaidə” və “Ən-Nüsra” Cəbhəsinin terror təşkilatları olması barədə eyni mövqeyə malikdir”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib. Rusiyalı diplomat qeyd edib ki, Moskva və Vaşinqton “Hizbullah” və “Həmas” barədə müzakirələr aparmır.

Daha əvvəl də Rusiyanın rəsmi şəxsləri bildiriblər ki, Moskva bu iki təşkilatı terror təşkilatı kimi tanımayacaq.

Gennadi Qatilov ümidvar olduğunu deyib ki, terror təşkilatlarının vahid siyahısını 25 yanvar tarixinə kimi formalaşdırmaq mümkün olacaq. “Bu həll etməli olduğumuz əsas məsələlərdən biridir. Siyahını hazırlamaq hələ mümkün olmayıb, amma bu istiqamətdə işi davam etdirməyə məcburuq”, - Rusiya xarici işlər nazirinin müavini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm