2016-cı ildə bu ölkəni “ikinci Qarabağ” münaqişəsi gözləyir
Bizi izləyin

Dünya

2016-cı ildə bu ölkəni “ikinci Qarabağ” münaqişəsi gözləyir

2016-cı ildə Ukrayna və Rusiya barışacaq. Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi yazıb.

Mərkəzin proqnozuna görə, Rusiyanın dəstəklədiyi separatçıların əlində olan Donetsk və Luqansk Ukraynanın nəzarətinə qaytarılmayacaq. Bu münaqişə ilə bağlı danışıqların aparılması davam etdiriləcək.

Bu razılaşma Qərbi məmnun etməsə də, Moskva və Kiyev razı qalacaqlar.

Qeyd edək ki, 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsində də eyni vəziyyət yaşanmışdı. Belə ki, Rusiyanın dəstəyi ilə Azərbaycan ərazilərini işğal edən Ermənistan sonradan atəşkəs bağlayaraq, işğal faktını həyata keçirdilər. 20 ildən artıq davam edən sülh danışıqları heç bir nəticə vermir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm