Dubayın ən məşhur oteli yandı - FOTO
Bizi izləyin

Dünya

Dubayın ən məşhur oteli yandı - FOTO

Dünyanın ən hündür binası olan Dubayın “Bürc-Xəlifə” göydələnin yaxınlığında yerləşən çoxmərtəbəli oteldə güclü yanğın baş verib.

Publika.az xəbər verir ki, Dubay hökumətinin rəsmi Tvitter səhifəsində yerləşdirilən məlumata görə, yanğın 300 metr hündürlüyü olan “The Address” otelinin 20-ci mərtəbəsindən başlayıb və alov binanın böyük hissəsini əhatə edib. Yanğın nəticəsində zərərçəkənlərin olub-olmaması barədə isə məlumat verilməyib.

Qeyd edilir ki, “Bürc-Xəlifə” yaxınlığında təşkil olunan Yeni il atəşfəşanlığına tamaşa etməyə toplaşan insanlardan ərazini tərk etmələri xahiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm