Kim Çen İn iki Koreyanın birləşməsindən danışdı
Bizi izləyin

Dünya

Kim Çen İn iki Koreyanın birləşməsindən danışdı

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn xalqa Yeni il telemüraciətində Cənubi Koreya ilə münasibətlərdən danışıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, siyasi lider ölkələrin sülh yolu ilə birləşməsinə gedən yolda yeni mərhələyə başlamağın vacibliyini dilə gətirib.

O, Şimali Koreyanın iqtisadi potensialının, həmçinin müdafiə gücünün möhkəmləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, iki Koreya 1950-1953-cü illərin silahlı konfliktindən sonra rəsmi olaraq müharibə vəziyyətindədir. 11 dekabr 2015-ci ildə Pxenyan və Seul ikitərəfli münasibətlərin normallaşması üzrə danışıqların növbəti raunduna başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm