PKK-nın dəhşətli planı: yeni hədəf məlum oldu - VİDEO
Bizi izləyin

Dünya

PKK-nın dəhşətli planı: yeni hədəf məlum oldu - VİDEO

Türkiyənin Şırnak və Diyarbəkr vilayətlərində təhlükəsizlik gücləri ilə döyüşən PKK terror təşkilatının yeni hədəfi məlum olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror təşkilatının yeni hədəfinin universitet tələbələri olduğu üzə çıxıb.

İstanbul valisi Vasip Şahin İstanbulda yerləşən bütün universitetlərin rektorları və yüksək vəzifəli təhlükəsizlik səlahiyyətliləri ilə toplantı keçirib. Toplantıda görülməsi lazım olan təhlükəsizlik tədbirlər müzakirə edilib.

Məlumata görə, döyüşdükləri bölgələrdə vətəndaşlardan lazımı dəstək ala bilməyən PKK universitet tələbələrindən istifadə etmək niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm