Silah lobbisi Obamaya qalib gəldi
Bizi izləyin

Dünya

Silah lobbisi Obamaya qalib gəldi

Amerikanın Texas ştatında lisenziyaya malik olan odlu silah sahiblərinə onu ictimai yerlərdə açıq şəkildə daşımağa icazə verilib.

Publika.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, 2015-ci ilin iyununda qəbul edilən qanun 1 yanvar 2016-cı il tarixindən qüvvəyə minib.

2015-ci ilin sonuna kimi küçəyə tapança ilə çıxan insanlar onu gizlətməli idilər. Hazırda Amerikanın əksər ştatlarında odlu silah daşımağa icazə verilir. İllinoys, Florida, Nyu-York, Cənub Karolina, həmçinin Kolumbiya dairəsi istisna təşkil edir.

2015-ci ilin oktyabr ayında Oreqon ştatındakı kolleclərdən birinə edilən silahlı hücumda 10 nəfərin öldürülməsi silah daşımaq barədə qanunu yenidən gündəmə gətirdi. ABŞ prezidenti Barak Obama bildirib ki, silah daşımaq haqqında Amerika qanunları dəyişdirilməlidir. O, silah lobbisinə təsir edəcəyinə söz verib.

Ekspertlərin məlumatına görə, atışma nəticəsində ABŞ-da hər il minlərlə insan həlak olur.

ABŞ Konstitusiyasına ikinci düzəliş ABŞ vətəndaşlarına silah daşımaq hüququ verir. Respublikaçılar Partiyasının nümayəndələri silah daşımaq azadlığının tam həcmdə saxlanılması təklifi ilə çıxış edirlər. Amma demokrat Obama silah daşımaq hüquqların məhdudlaşdırılmasına çalışır. Ancaq dövlət başçısına bu layihəni həyata keçirmək silah lobbisi nümayəndələri və onların Konqresdəki müttəfiqləri mane olur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm