“Ölüm yuvası” – ölümü gözləmədən intihar edirlər – FOTOLAR
Bizi izləyin

Dünya

“Ölüm yuvası” – ölümü gözləmədən intihar edirlər – FOTOLAR

ABŞ-ın Kaliforniya ştatındakı San Quentin həbsxanası rəsmən ölüm yuvasına dönüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, həbsxanada ölüm cəzasına məhkum edilən cinayətkarlar qalır.

Amma 2006-cı ildə Kaliforniya federal məhkəməsi ölüm cəzasını ləğv edib və 853 min dollarlıq “ölüm otağı”nın da olduğu həbsxanada 2008-ci ildən bu yana heç bir edam cəzası yerinə yetirilməyib. 1978-ci ildən bəri 900-dən çox məhbus haqqında edam cəzası verilsə də bunlardan yalnız 13-ü yerinə yetirilib.

Həbsxana səlahiyyətliləri edam cəzasının ləğvindən sonra ilk dəfə jurnalistlərin həbsxananı ziyarət etməsinə icazə verib.

Məhbuslardan 69-u təbii səbəblərə görə həyatını itirib, 24-ü intihar edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm