İŞİD-in “paytaxt”ındakı neft müəssisələri bombalandı
Bizi izləyin

Dünya

İŞİD-in “paytaxt”ındakı neft müəssisələri bombalandı

Fransanın hərbi aviasiyası İŞİD terror qruplaşmasına növbəti zərbələri endirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Jan-İv Le Drian bildirib.

İordaniyadan qalxan 2 ədəd "Mirage 2000" tipli döyüş təyyarəsi İŞİD-in “paytaxt”ı sayılan Suriyanın Rakka şəhərindəki neft müəssisələrini vurub.


Qeyd edək ki, Parisdə 13 noyabr 2015-ci ildə 131 nəfərin ölümü və 350 nəfərin yaralanmasına səbəb olan terror hücumundan sonra Fransa İŞİD-ə qarşı hava hücumlarını artırıb.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm