Dünya
Rusiya "Böyük Səkkizlər"dən qovuldu
Ağ Ev bildirir ki, Prezident Barak Obama və başqa dünya
liderləri Rusiyanın dünyanın aparıcı sənaye qüdrətləri qrupundakı
roluna son vermək qərarına gəliblər.
Publika.Az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Rusiyanın
G8 kimi tanınan Böyük Səkkizlərdən çıxarılması Rusiyanın Krımı
ilhaq etməsinə son birbaşa reaksiyadır.
“Beynəlxalq qanun bir dövlətin torpaqlarının başqa dövlət
tərəfindən zor gücünə mənimsənilməsini qadağan edir,” ABŞ, Avropa
dövlətləri və Yaponiyanın yaydıqları birgə bəyanatda deyilir. “Bunu
etmək beynəlxalq sistemin üzərində qurulduğu prinsipləri tapdayır.
Biz Ukrayna konstitutsiyasına zidd olaraq Krımda referendum
keçirilməsini pisləyirik.”
“Habelə biz beynəlxalq hüquqa və spesifik beynəlxalq öhdəliklərə
zidd olaraq Rusiyanın Krımı ilhaq etmək cəhdini qətiyyətlə
pisləyirik.”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov günün əvvəlində verdiyi
bəyanatda Səkkizlər Qurpundan çıxmağın elə də böyük problem
olmadığını bildirmişdi. Onun sözlərinə görə G8 onsuz da “üzvlük
kartı” verməyən qeyri-formal bir təşkilatdır.
1998-ci ildə Rusiyanın demokratik islahatlar yoluna qədəm qoymasına
dəstək əlaməti olaraq ABŞ, Britaniya, Kanada, Fransa, Almaniya,
Yaponiya və İtaliya G7 qrupunu G8-ə çevirmişdilər.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO