Almaniyada 7 terrorçu axtarılır
Bizi izləyin

Dünya

Almaniyada 7 terrorçu axtarılır

Münhendə terror təhlükəsinə görə bağlanmış iki dəmiryol vağzalında iş bərpa olunub. Amma şəhərdə terror təhlükəsinin səviyyəsi yüksək olaraq saxlanılır.

Publika.az xəbər verir ki, şəhərdə hücum planlaşdırmaqda şübhəli bilinən 7 nəfər terrorçunun axtarışı davam edir. Onların hamısının “İslam Dövləti” qrupu ilə əlbir olduqları güman edilir.

Almaniya hakimiyyəti dekabrın 31-də xarici xidmətlərdən yaraqlıların Münhendə terror aktlarına hazırlaşması barədə məlumat alıb. Məlumatda əsas hədəfin 2 dəmiryol vağzalı olduğu bildirilir. Hər iki vağzaldan sərnişinlər dərhal köçürülüb. Polis sakinlər və turistləri gur yerlərdən kənar durmağa çağırıb.

Həmçinin Paris, London və Berlində təhlükəsizlik tədbirləri gücləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm