İŞİD daha bir yaşayış məntəqəsini ələ keçirdi
Bizi izləyin

Dünya

İŞİD daha bir yaşayış məntəqəsini ələ keçirdi

Terrorçu İŞİD qruplaşması Liviyanın Bin Cavad sahil yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Publika.az "Reuters"-ə istinadən xəbər verir ki, bu yaşayış məntəqəsinin 8 mindən çox əhalisi var. Bununla belə, Bin Cavad strateji əhəmiyyət daşıyır. Çünki neft kəməri və dəniz limanı onun yaxınlığında yerləşir.

Bu yaşayış məntəqəsi ölkənin Aralıq dənizi sahilindəki Sirt şəhərindən 100 km şərqdə yerləşir.

2011-ci ildə Bin Cavadda Liviyanın dövlət başçısı Müəmmar Qəddafinin silahlı qüvvələri ilə müxalifət arasında şiddətli döyüş gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm