Küveyt İrandakı səfirini geri çağırdı
Bizi izləyin

Dünya

Küveyt İrandakı səfirini geri çağırdı

Səudiyyə Ərəbistanının ardınca Küveyt də İrandakı səfirini geri çağırıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ötən həftə Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin binasına edilən hücumla əlaqədar Küveytin Tehrandakı səfiri ölkəsinə çağırılıb. Bununla da, iki ölkə arasında diplomatik münasibətlər hələlik birtərəfli şəkildə dondurulub.

Qeyd edək ki, Ər-Riyad şiə ruhanisi şeyx Nimr əl-Nimr və daha 46 nəfərə dair çıxarılmış ölüm hökmünün icra olunduğunu bəyan edib.

Bundan sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi hücuma məruz qalıb, etirazçılar binaya od vurub.

Hücuma cavab olaraq, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrini kəsib.

Bəhreyn, Sudan, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandakı diplomatik nümayəndələrinin rütbələrini aşağı salıb.

İran səfirliyinə hücum BMT Təhlükəsizlik Şurası tərəfindən pislənilib.

ABŞ, BMT və Türkiyə mübahisə tərəflərini təmkinliyə səsləyiblər.

Səudiyyə Ərəbistanı və İran Yaxın Şərqin əsas rəqib gücləridir və Suriya ilə Yəmən münaqişələrində qarşı tərəfləri dəstəkləyirlər.

Ər-Riyad mübahisənin bölgədəki sülh prosesinə təsir etməyəcəyini desə də, Tehranın bu prosesdəki rolunu tənqid edib.

İran öz növbəsində Səudiyyənin siyasətini pisləyib. Prezident Həsən Ruhani deyib ki, Ər-Riyad "İranla siyasi əlaqələri kəsməklə ruhaninin edam edilməsi cinayətini ört-basdır" edə bilməz.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm