Azərbaycanlıların vəhşi kimi göstərildiyi filmlə bağlı- Rəsmi açıqlama
Bizi izləyin

Dünya

Azərbaycanlıların vəhşi kimi göstərildiyi filmlə bağlı- Rəsmi açıqlama

Azərbaycanlıların vəhşi kimi göstərildiyi filmlə bağlı- Rəsmi açıqlama

“Azərbaycanlıların vəhşi kimi təqdim edildiyi filmin Rusiya dövlət kanalında yayımlanması təəssüfləndirici haldır”. Bunu AzNews.az -a Azərbaycan Milli Televiziya və Radio Şurasında (MTRŞ) sədri Nuşiravan Məhərrəmli bildirib. O, hesab edir ki, indiki vəziyyətdə bu cür məsələlərə soyuqqanlı yanaşmaq lazımdır:

“Bu məsələ Rusiyanın hazırda, həssas dövrdə yeritdiyi siyasətdir və bu da başadüşüləndir. Təbii ki, o siyasətə də Azərbaycan tərəfi də lazımi cavabı verəcək”.

Qurum rəhbəri deyib ki, bütün bunları nəzərə alaraq, “Rossiya 1”də yayımlanan “Svoya pravda” (“Onların həqiqətləri”) adlı filmdə Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli məlumatlara görə MTRŞ tərəfindən hər hansı bir rəsmi məktub ünvanlamayacaq. O, Azərbaycanın Rusiyanın dövlət kanalına cavabı müxtəlif səpkili yollarla olacağını da istisna etmədi.

Qeyd edək ki, anspress-in məlumatına görə, Rusiyanın dövlət kanalı “Rossiya 1”də yayımlanan “Svoya pravda” (“Onların həqiqətləri”) adlı filmdə Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli məlumatlar Moskvada yaşayan Azərbaycan diasporunun da ciddi etirazına səbəb olub. Rusiyanın politoloqları da Krım hadisələrindavam etdiyi bir vaxtda dövlət kanalında belə bir filmin yayımlanmasının MDB respublikalarına siyasi mesaj məqsədi daşıdığı fikrindədirlər. Filmin nümayiş olunduğu “Rossiya 1” kanalı isə film haqqında hər hansı mövqe bildirməkdən yayınıb.

Atıq Azərbaycanın Rusiyadakı səfirliyindən isə film haqqında lazımı tədbirlərin görüldüyü bildirilib. Film Sovet İttifaqının dağıldığı dövrləri əhatə edir. Xatırladaq ki, film Azərbaycanın ucqar dağ kəndindən Bakıya gələn rus qadının taleyi üzərində qurulub. Təxminən 3,5 saatlıq filmdə vəhşi və amansız kimi təqdim edilən azərbaycanlıların erməniləri və rusları döyməsi, erməni ailəni qətlə yetirməsi kimi səhnələr yer alıb. Etirazlara da səbəb Azərbaycanın bu cür yanlış təqdim edilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm