Ukraynalılar “donuruq” dedi, Putin qaz verdi
Bizi izləyin

Dünya

Ukraynalılar “donuruq” dedi, Putin qaz verdi

Rusiya Ukraynaya təbii qaz verilişini bərpa edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Kozak bildirib.

O deyib ki, Rusiya prezidenti Vladimir Putinin təlimatı ilə Krımdan Ukraynanın Qeniçesk şəhərinə təbii qaz nəqlinə başlanılıb. Kozakın sözlərinə görə, bir müddət öncə Ukraynanın Qeniçesk şəhər rəhbərliyi havaların şaxtalı keçməsi ilə əlaqədar Rusiyadan kömək istəyib: “Qeniçesk şəhər rəhbərliyi soyuqdan donmamaq üçün bizə müraciət etmişdi. Cənab Putin də humanistlik göstərib bu şəhərə mavi qaz verilməsi barədə təlimat verib. Rusiya hər zaman Ukraynaya çətin günlərində kömək edib”.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Ukrayna hökuməti Avropadan ucuz qaz alması səbəbilə Rusiyadan təbii qaz nəqlini tamamilə dayandırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm