Trampdan anti-islam filmi – “Problemin adı...” – VİDEO
Bizi izləyin

Dünya

Trampdan anti-islam filmi – “Problemin adı...” – VİDEO

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd milyarder Donald Tramp 1 fevral tarixindən başlayacaq seçki marafonu üçün hazırladığı təbliğat videosunu təqdim edib.

Publika.az xəbər verir ki, əvvəlki bəyanatlarında müsəlmanları hiddətləndirəcək fikirləri ilə gündəmə gələn milyarder təbliğat filmində də müsəlmanları hədəf alıb.

Noyabr ayında Parisdə baş verən terror aktlarından sonra Amerika vətəndaşı olmayan müsəlmanların ABŞ-a girişinə məhdudiyyətlərin tətbiq edilməsini təklif edən Tramp təbliğat filmində də bu təklifini təkrarlayıb.

Filmdə ABŞ prezidenti Barak Obamanın problemə yanaşmasını tənqid edən Tramp problemin adının “radikal islam terroru” olduğunu iddia edir. Filmi səsləndirən şəxs Trampın İŞİD-i məhv edəcəyini, qeyri-qanuni miqrantları dayandırmaq üçün Meksika sərhədinə divar inşa edəcəyini və Meksikanı da divarın pulunu ödəməyə məcbur edəcəyini söyləyib.

Tramp seçki kampaniyası dövründə ilk dəfə bir təbliğat filmi hazırlayıb. “Amerikanı yenidən böyük edəcəyik” şüarı ilə bitən filmin nümayişi üçün həftədə ən az 2 milyon dollarlıq büdcə nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm