“Poroşenko ölkəni özünün gəlirli biznesinə çevirib” - İTTİHAM
Bizi izləyin

Dünya

“Poroşenko ölkəni özünün gəlirli biznesinə çevirib” - İTTİHAM

“Ukrayna prezidenti Pyotr Poroşenkonun qəbul etdiyi bütün qərarlar ölkənin deyil, onun şəxsi ticarət maraqlarının reallaşdırılmasına yönəlib”.

Publika.az “RİA-Novosti” agentliyinə istuinadən xəbər verir ki, bu barədə Ukraynanın sabiq baş naziri Nikolay Azarov bildirib.

“Pyotr Poroşenkonun siyasəti Ukrayna iqtisadiyyatını tənəzzülə apardı. Amma bu siyasət prezidentin özünün biznesinin çiçəklənməsinə kömək etdi. Poroşenko yeni il nitqində şikayətlənirdi ki, yeni il gecəsində Ukrayna əsgərləri səngərlərdə donurlar. Amma Poroşenko bütün ölkəni özünün gəlirli biznesinə çevirib”, - Azarov “Facebook” səhifəsində yazıb.

Siyasətçi həmçinin vurğulayıb ki, Poroşenko nitqində ölkə iqtisadiyyatı, vətəndaşların sosial müdafiəsi və əhalinin həyat səviyyəsini yada salmadı. Azarov Ukrayna prezidentinın çıxışının Rusiyanın ünvanına ittihamlardan ibarət olduğunu xatırladıb.

Qeyd edək ki, Pyotr Poroşenko prezident seçilməsindən sonra sahibi olduğu “Roshen” şirkəti də daxil olmaqla bütün aktivlərini satacağını bildirmişdi. Lakin satış indiyə kimi həyata keçirilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm