AKP prezidentlik sisteminin detallarını açıqladı
Bizi izləyin

Dünya

AKP prezidentlik sisteminin detallarını açıqladı

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, baş nazir Əhməd Davudoğlu Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalıya partiyasının düşündüyü prezidentlik sisteminin ən əhəmiyyətli detallarını açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, AKP-nin təklif etdiyi prezidentlik sistemində muxtar subyektlər yoxdur.

Sistemin digər detalları isə aşağıdakılardır:

- Prezidentin səlahiyyət müddəti 5 ildir. Bir şəxs 2 dəfədən çox bu vəzifəyə seçilə bilməz.

- Son parlament seçkilərində ən azı 5 faiz səs alan partiyalar və 100 min seçici prezident seçkiləri üçün namizəd irəli sürə bilər.

- Prezident seçilən millət vəkilinin Türkiyə Böyük Millət Məclisində üzvlüyü başa çatır.

- Xalq səsverməsində etibarlı səslərin əksəriyyətini qazanan namizəd prezident seçilir.

- İcra səlahiyyəti prezidentə aiddir. Prezidentin vəzifə və səlahiyyətləri bunlardır: ölkənin daxili və xarici siyasəti haqqında Türkiyə Böyük Millət Məclisinə illik müraciət etmək, qanunları təsdiqləmək, qanunlar Konstitusiyaya zidd olduğu halda Konstitusiya Məhkəməsi qarşısında onların ləğvi ilə bağlı iddia qaldırmaq, nazirləri təyin etmək, Türkiyə Silahlı Qüvvələrinə baş komandanlıq etmək.

- Namizədin seçki kampaniyasında onun köməkçisi olan şəxs prezident seçildiyi andan prezidentin köməkçisi olur.

- Prezident postu hər hansı səbəbdən boşalacağı halda onun köməkçisi yeni seçkilərə qədər prezidentin səlahiyyətlərinin icraçısı olur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm