ABŞ-dan şok etiraf: “Mosulu İŞİD-dən almaq...”
Bizi izləyin

Dünya

ABŞ-dan şok etiraf: “Mosulu İŞİD-dən almaq...”

"Fəllucəni azad etmək çətindir, Mosulu azad etmək isə daha çətindir”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın liderlik etdiyi koalisiya güclərinin sözçüsü Stiv Uorren ABŞ-ın Bağdaddakı səfirliyində keçirdiyi mətbuat konfransında deyib.

Uorren İraq gücləri və koalisiya qüvvələrinin İŞİD-in gücünün təxminən 40 faizini məhv etdiyini bildirib. O, İŞİD-in Mosulda təxminən 5 min, Fəllucədə yüzlərlə döyüşçüsününü olduğunu söyləyib.

Koalisiya güclərinin sözçüsü İŞİD-in təlim verdiyi uşaqların gələcəkdə İraq və Suriya üçün təhlükə yaratdığını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm