Egey sahilində ölən qaçqınların sayı 34-ə çatdı
Bizi izləyin

Dünya

Egey sahilində ölən qaçqınların sayı 34-ə çatdı

Türkiyənin Egey sahillərində 34 miqrantın cəsəti aşkar edilib.

Publika.az xəbər verir ki, miqrantlar rezin qayıqlarla Yunanıstanın lesbos adasına keçmək istəyərkən qasırğaya düşüblər. Cəsədlərdən 24-ü kurort şəhəri olan Ayvalık sahilində, 10-u isə Dikili sahilində aşkar edilib. Axtarış əməliyyatları davam etdirilir.

Bundan əvvəlki məlumatlarda 8 nəfərin xilas edildiyi bildirilirdi.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan miqrantlar Türkiyədən Yunanıstana, ordan isə daha varlı Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

Təkcə Almaniya bu il 1 milyondan çox qaçqın qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm