Avropadan ŞOK QƏRAR: yad heyvanlar qitədən çıxarılacaq
Bizi izləyin

Dünya

Avropadan ŞOK QƏRAR: yad heyvanlar qitədən çıxarılacaq

Avropa İttifaqı Avropa təbiəti üçün yabançı olan bitki və heyvan növlərinin siyahısını hazırlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Estoniyanın Ətraf Mühit Nazirliyindən bildirilib.

Qurum Avropa ölkələrinin hökumətlərini siyahıda yer alan bitki və heyvan növləri ilə mübarizə aparmağa, onların yayılmasının qarşısını alacaq təklifləri hazırlamağa çağırıb. Siyahıda 37 bitki və heyvan növü var. Amma siyahıya yenidən baxılması nəzərdə tutulub.

Zoomağazalar siyahıda yer alan heyvanları 2016-cı ilin sonuna kimi sata bilər, amma daha sonra onların idxalı qadağan ediləcək.

Avropa İttifaqında məhdudiyyətlərin yanvarın sonu və ya fevralın əvvəlində qüvvəyə minməsi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm