Ukrayna “Coca-Cola”ya müharibə elan etdi
Bizi izləyin

Dünya

Ukrayna “Coca-Cola”ya müharibə elan etdi

“Coca-Cola” şirkətinin Rusiya filialının yeni il xəritəsi Ukrayna siyasətçilərini hiddətləndirib.

Publika.az xəbər verir ki, şirkət Krım yarımadasını Rusiya xəritəsinin tərkibində verib.

Ukraynanın “Pyotr Poroşenkonun Bloku”nun üzvü Mustafa Nayem “Coca-Cola” şirkətinin məhsullarını boykot etməyi təklif edib. Ukraynalı qanunverici “Facebook” səhifəsində yazıb ki, “Coca-Cola” küknarlar və hədiyyəllərlə bəzədilmiş Rusiya xəritəsinə görə üzr istəyıb. Xəritədə Krım, Kalininqrad və Kuril adaları yox idi. Amma sonradan “Coca-Cola” həmin regionları Rusiyanın tərkibinə “qaytarıb” və “səhv” etdiyi üçün üzr istəyıb.

“Dünyanın hər bir ölkəsində, həmçinin “Coca-Cola”nın vətəni olan ABŞ-da Krım Rusiyanın ərazisi kimi tanınmır, yarımadanın işğal olunduğu bildirilir”, - deputat yazıb.

Onun fikrincə, boykot qərarı ukraynalılar üçün kiçik itki olacaq və “Coca-Cola” markası altında buraxılan məhsullara əvəz tapmaq olar.

Mustafa Nayemin təklifini Ukraynanın millətçi “Azadlıq” Partiyasının lideri Oleq Tyaqnibok da dəstəkləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm